28.05.2022
Nizami Gəncəvi adına Tarix-Diyarşünaslıq Muzeyində 26 saylı və 7 saylı tam orta məktəblərin istirakı ilə "28 May Müstəqilliyə gedən uğurlu yol" adlı tədbir kecirilmişdir. Tədbirdə məktəb şagirdləri, muzeyin direktoru və əməkdaşları 28 May Müstəqillik günü ilə bağlı çıxışlar edib uşaqlara Müstəqilliyimizdən və onun qurucuları haqqında məlumat veriblər.
Tədbirin sonunda uşaqlarla birlikdə muzeyin önündə Respublika qurucularından biri olan Adil Xan və Ismail Xan Ziyadxanovların baralyeflərinin önünə gül qoyub xatirə səkli çəkdirmişdilər